Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Oğuz məktəbliləri beynəlxalq şagird konfransında təltif olunub

05.03.2020 11:39

Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və “İslam Həmrəyliyi İli”nə həsr edilən “Bir günəşin zərrəsiyik” mövzusunda ikinci beynəlxalq şagird konfransı öz işinə başlayıb.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, konfrans iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Tədbirdə Azərbaycanın bütün bölgələrindən – Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Şamaxı, İsmayıllı, Zaqatala, Xocavənd, Ağdaş, Abşeron, Cəbrayıl, Qəbələ, Oğuz, Şəmkir və Astaradan məktəblilər iştirak edirlər. Konfransa, həmçinin Türkiyə, Rusiya, Gürcüstan, İsrail, Misir, Ukrayna və Türkmənistandan da məktəblilər qatılıblar.

Tədbirdə Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli tam orta məktəbin şagirdləri də fəal iştirak ediblər.

Oğuzlu şagirdlər Beynəlxalq Konfransda diplomlarla təltif edilib.

Oğuz rayon Bilik evinin könüllüləri və Emin Abdullayev adına məktəbin şagirdləri Əsmər Şəkərova “Multikulturalizm həyat tərzimizdir”, Gülnaz Tanrıverdiyeva “Multikulturalizmin Azərbaycan modeli”, Əsma Rəhmətullayeva “Multikulturalizm oğuz rayonunda ” adlı məqalələri konfrans materiallarının toplandığı topluda yayımlanıb.

Oğuz şəhər E. Abdullayev adına 2 nömrəli tam orta məktəbin şagirdi  Quliyeva Sevinc Hikmət qızı konfrans çərçivəsində “Ən yaxşı təqdimat” nominasiyasında Birinci dərəcəli Diplomla təltif olunub.