Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ölkəyə mədəsində narkotik vasitə gətirirmiş

05.03.2020 11:39

Hadisəni İrandan ölkəmizə piyada gələn həmyerlimiz törədib

Об этом сообщает Роспрес

A24.Az Apaya istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İdarənin Sərnişin şöbəsində vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Daha sonra isə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın düzbağırsağında üç ədəd bağlamada, xalis çəkisi 102,791 qram olan narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.