Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ortada peşəkarlıq yox, sadəcə maddi qazanc əldə etmək məqsədi var…

05.03.2020 11:40

Son dövrlər jurnalistikanın təməl prinsiplərindən sui-istifadə edib, cəmiyyətin üzdə olan simalarına qarşı şər-böhtan atmaqla özlərini jurnalist kimi qələmə verib, reketçiliklə məşğul olan insanların sayı artmaqdadır. Bu problemdən cəmiyyətimizin bütün üzvləri ilə yanaşı, jurnalistikamız da əziyyət çəkir.

A24.az bildirir ki, əməkdar jurnalist Mətanət Ağamirli bu problemli mövzu ilə bağlı maraqlı açıqlamalar verib.

Об этом сообщает Футляр от виолончели

M.Ağamirli deyib ki, jurnalistikanın üz qarası olan şəxslər dövlətimiz tərəfindən azad sözün, demokratiyanın inkişafına göstərilən diqqətdən sui-istifadə edirlər: 

“Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra öndə duran əsas məsələlərdən biri də prioritet sahə kimi azad sözün, demokratiyanın bərpa olunması idi. Senzuranın ləğv edilməsi ilə bağlı verilən qərar bu sahədə atılan önəmli addımlardan oldu. Demək olar ki, o vaxtdan ölkədə azad söz bərqərar olundu. Səhv etmirəmsə, bu gün Azərbaycanda 51 mindən artıq media orqanı qeydiyyatdan keçib. Təbii ki, bu rəqəmin bir hissəsinə aid olan jurnalistlər şərəflə, ləyaqətlə vətənə xidmət edirlər. Bəziləri isə sizin də qeyd etdiyiniz kimi, jurnalistika ilə deyil, reketçiliklə məşğul olurlar. Kimdir reket jurnalistikasında çalışanlar?! Onlar əsl jurnalistdirlərmi?! Bu gün dövlətin demokratiya istiqamətində atdığı addımların nəticəsi olaraq istənilən şəxsin bir media qurumu qeydiyyatdan keçirmək məsələsi olduqca asanlaşıb. Amma təəssüf ki, bundan sui-istifadə edilir. Əlbətdə ki, bu haqda danışmaq, bu mövzunun, bu kimi insanların gündəmə gəlməsi xoş deyil. Jurnalistika fəaliyyətimdə bu mövzuya toxunmuşam, sözün əsl mənasında peşəkarlardan yararlanmışam. Dəfələrlə bu problemdən əziyyət çəkən insanlarla söhbətim olub. Onlardan çox az faizi lazımi ünvanlara müraciət ediblər.

Hesab edirəm ki, problemin həll olunmasına kömək edən əsas amillərdən biri də məhz lazımi orqanlara müraciət etməkdir. Mətbuat Şurası bununla bağlı mütəmadi olaraq çalışır, qara siyahı tərtib edib. Reket jurnalistika ilə mübarizə güclənir, amma bu problemin həlli tam olaraq tapılmır. Hesab edirəm ki, qanunlar daha da sərtləşdirilməlidir. Əgər bu insanlar ölkə vətəndaşının azadlığına mane olursa, onların hərəkətləri insanların şərəf və ləyaqətinin alçaldılmasına gətirib çıxarırsa qayda-qanunların sərtləşdirilməsi olduqca vacibdir. Bu insanlar jurnalistikanın üz qaralarıdır. Təkcə müxtəlif sahlərdə çalışan insanların həyatlarına deyil, jurnalist olaraq bizim də fəaliyyətimizə ziyan vururlar. Cəmiyyətin jurnalistlərə olan etibarından sui istifadə edirlər”.

Əməkdar jurnalist onu da qeyd edib ki, probemin həllində insanlarımız da diqqətli olmalıdırlar: 

“İnsanlarımız qarşılarına çıxan hər xəbərə etibar etməməlidirlər. Başa düşürəm ki, cəmiyyətin savadlılıq dərəcəsi də eyni deyil. Amma etibar olunan mənbələr artıq məncə çoxlarına bəllidir. Cəmiyyətin maariflənməsində əsas iş biz jurnalistlərin üzərinə düşür. Bizə də maraqlıdır ki, kimdir bu işlərlə məşğul olanlar?! Ortada peşəkarlıq yox, sadəcə maddi qazanc əldə etmək məqsədi var. Maddi mənfəət hesabına yazılan, dərc olunan materialın kimlərə xitab olunduğu isə hər kəsə məlumdur. Ona görə də düşünürəm ki, reketçiliklə məşğul olan insanlara qarşı ən yaxşı cəza elə bununla bağlı olan qanunların daha da sərtləşdirilməsidir. Yalnız bu halda jurnalistikamıza xələl gətirən məxluqlardan azad ola bilərik”.