“Oscar” mərasimindən qalan yeməklərlə 1500 nəfəri doyurdular
05.03.2020 11:40ABŞ-da keçirilən “Oscar” mərasimindən sonra qonaqlar üçün hazırlanan yeməklərin artığı qablaşdırılaraq ehtiyacı olan 1500 insana paylanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, fevralın 26-da Los-Anceles şəhərində keçirilən “Oscar” mərasimindən sonra təşkil olunan şənlikdə məşhur şef Volfqanq Pakın hazırladığı yeməklər servis edilib.
Lakin hazırlanan yeməklərin artıq qaldığını görən təşkilat rəhbərliyi və Pak yeməkləri ehtiyacı olan insanlara paylayıb. Belə ki, Pak və işçi heyəti hazırladığı yeməkləri qablaşdıraraq Kaliforniya, Nevada və Arizonada yerləşən sığınacaqlara və bəzi köməyə ehtiyacı olan təşkilatara göndərib. Beləcə, kimsəsiz qadınlar, uşaqlar, miqrantlar və əlillərdən ibarət bir çox köməyə ehtiyacı olan insanlar bəlkə də indiyə qədər heç vaxt dadmadıqları yeməkləri yeyiblər.

