Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Oscar” tarixində mükafat alan ilk müsəlman aktyor oldu

05.03.2020 11:40

İkinci planda oynadığı ən yaxşı kişi roluna görə mükafat alan aktyor Maxerşala Ali “Oscar” tarixində ilkə imza atıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, “Moonlight” (Ay işığı) filmindəki rolu ilə 2017-ci ilin “Oscar” mükafatlandırma mərasimində mükafat alan ilk müsəlman aktyor kimi tarixə düşüb. Mükafatlandırma zamanı etdiyi çıxışında həyat yoldaşına təşəkkür edən aktyor yenicə qız atası olub. Əldə edilən məlumatlara görə, aktyorun ötən həftə qız övladı dünyaya gəlib.

Sonradan müsəlman oldu…

1974-cü ilin 16 fevral tarixində dünyaya gələn aktyorun əsl adı Maxerçalalhaşbaz Gilmore olub. Lakin amerikalı aktyor sonra İslam dinini seçərək müsəlman olub. Dinini dəyişdirdiyi üçün anası ilə böyük anlaşılmazlıqlar yaşayan aktyor daha sonra etdiyi seçiminin səbəbini anasına izah edərək aralarındakı münasibəti düzəltməyə nail olub.