Paris yenə çalxalandı
05.03.2020 11:42Fransanın paytaxtı Parisdə etiraz aksiyaları alovlanıb.
Об этом сообщает Руспрес
A24.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Parisin Barbes bölgəsində axşam saatlarında etirazçılar bir yerə toplaşaraq “Hamı polisə nifrət edir”, “Təcavüzçü, qatil polis”, “Şəhərətrafı ilə həmrəylik, üsyan ilə həmrəylik” və “Ədalət yox, sülh yoxdur” şəklində şüarlar səsləndiriblər.
Polisin nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə etməsi etirazçıları daha da alovlandırıb. Nəticədə nümayişçilər daş və dəyənəklərlə polislərə hücum ediblər.
Təxminən iki saat davam edən aksiya polisin təzyiqilə dağıdılıb.
Qeyd edək ki, polis şəxslərin sənədlərini yoxlayarkən Theo adlı 22 yaşlı gəncin Parisin şəhərətrafı Aulnay-sous-Boisdə fevralın 2-də təcavüzə məruz qalması xüsusilə, Paris və şəhərətrafı qəsəbələrdə şiddətli etiraz aksiyalarına səbəb olub. Theonun 60 gün əmək qabiliyyətini itirməsini sübut edən sənəddən sonra 4 polis istintaqa cəlb edilib. Polislərdən biri haqqında “cinsi təcavüz”, digərləri haqqında isə “qəsdən şiddət tətbiq etmək” cinayətindən istintaq işinə başlanılıb.

