Yeni layihə: “Üzən idman salonu” inşa ediləcək
05.03.2020 11:42Fransanın paytaxtı Parisdə Sen çayı üzərində uzunluğu 20 metr olan bir idman salonu inşa ediləcək.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, “The Paris Navigating Gym” olaraq adlandırılan idman salonu italiyalı memar Karlo Ratti tərəfindən dizayn edilib.
İnsan gücü ilə işləyəcək…
İdman solunun insan gücü ilə işləməsi planlaşdırılır. Bundan başqa, insanlar idman edərkən Eyfel qülləsini də görə biləcək.
Layihə, 20 metr uzunluğunda və 45 nəfərlik tutumu olan bir dizayna sahibdir. İdman edən şəxslər Sen çayı haqqında da məlumatlandırılacaq.

