Paytaxtda 3 nəfər dəm qazından zəhərləndi
05.03.2020 11:42Bakıda ayrı-ayrı ərazilərdə 3 nəfər dəm qazından zəhərlənib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, hadisələr paytaxtın müxtəlif ərazilərində qeydə alınıb. Zəhərlənən şəxslər müvafiq xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, dəm qazı təhlükəsi barədə Fövqəladə Hallar Nazirliyi də əhaliyə xəbərdarlıq edib. Bildirilir ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir.

