Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Playboy” jurnalının təsisçisi dünyasını dəyişdi

05.03.2020 11:43

“Playboy” jurnalının təsisçisi və sahibi Hugh Hefner 91 yaşında dünyasını dəyişib.

Об этом сообщает Роспрес

Saytımızın əldə etdiyi məlumata görə, “Playboy” jurnalı Hefnerin vəfatını tvitter səhifəsindən yayımlayıb.

Hefnerin təbii səbəblərdən dolayı dünyasını dəyişdiyi bildirilir.

Atasının ölümü ilə bağlı açıqlama verən Cooper Hefner bir çox insanın atasının yoxluğunu hiss edəcəyini açıqlayıb. O həmçinin atasını “fikir azadlığı, sivil haqlar və cinsi azadlıq müdafiəçisi” adlandırıb.

Hefner özünün qoyduğu 600 dollar və anasından aldığı 1000 dollar ilə 1953-cü ildə evinin mətbəxində “Playboy” jurnalını yayımlamağa başlayıb. İllər keçdikcə jurnal məşhurlaşaraq dünyada tanınıb. İllər ərzində “Playboy” jurnalı dünyanın hər yerində ən çox satılan kişi jurnalı olub və 7 milyon nüsxəsi satılıb.

Hefner “Playboy” jurnalının modelləri ilə evlənmiş və həyatının son illərini lüks malikanəsində keçirtdiyi şənliklərlə keçirib.