Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polis əməliyyat keçirdi – Cinayətkar dəstə ələ keçdi

05.03.2020 11:44

Azərbaycanda cinayətkar qruplaşmanın üzvləri tutulub. A24.Az xəbər verir ki, Goranboy və Şəmkir Rayon Polis Şöbələrinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr ayı ərzində Goranboy rayonu ərazisindəki 2 mağazadan pul, tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Arzu Əsgərli və Elsevər Səfərzadə tutulub, daha 3 nəfər isə müəyyən edilib.

Об этом сообщает Руспрес

A.Əsgərlinin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən ilin iyun ayında Şəmkir rayon sakini Anar Quliyevə məxsus “Niva” markalı avtomobili soyğunçuluq yolu ilə alması, cari il yanvarın 20-də isə Qubad Əfkərova məxsus mağazadan pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.