Polis əməliyyat keçirdi – Qadınları Türkiyəyə aparıb əxlaqsızlıq etdirən Niyar tutuldu
05.03.2020 11:44Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Об этом сообщает Руспрес
Nazirliyin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, 2017-ci il yanvar ayının 15-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1974-cü il təvəllüdlü, Balakən rayon sakini Novruzova Niyar Səfər qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Niyar Novruzova 2016-cı ilin noyabr-dekabr ayları ərzində qadınları Türkiyəyə aparıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.

