Politoloqdan deputatın səsləndirdiyi fikrə SƏRT CAVAB: “Azərbaycanda Əlizadədən … adam görmədim”
05.03.2020 11:44Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə mətbuata müsahibəsi zamanı bildirib ki, “Facebook” sosial şəbəkəsində olanların hamısı avara, işsiz-gücsüz adamlardır.
Об этом сообщает Руспрес
“Facebook” aktiv sosial şəbəkə olduğundan, eləcə də tək Azərbaycanın deyil, dünya ölkələrinin rəsmi şəxslərinin də bu şəbəkədən istifadə etdiyini nəzərə alaraq deputat A.Əlizadənin bu tərzdə fikir bildirməsi cəmiyyətdə normal qarşılanmayıb.
Məsələyə politoloq, siyasi şərhçi Qabil Hüseynli elə “Facebook” şəbəkəsində millət vəkili Araz Əlizadənin bu cür ifadə işlətməsinə nöqtələr qoymaqla münasibət bildirib:
“Mən də Feysbukdayam, amma Azərbaycanda Z.Əlizadədən ……….. adam görmədim.”
Qeyd edək ki, Araz Əlizadə verdiyi müsahibədə sosial şəbəkə istifadəçilərini təhqir etmişdi: “Feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır”.
Orxan Aslanlı

