Polkovnik Ramaldanov: Rusiya Ermənistanın yanında yer alsa da, ordumuz hərbi gücünü işə salmalıdır
05.03.2020 11:44“İmzalanan sazişin əsas məqsədi Rusiyanın hərbi vəziyyəti öz kontrolu altında saxlamasıdır. Prinsip cəhətdən iki dövlət arasında olan münasibətlər dəyişməz olaraq qalır və eyni xətt üzrə inkişaf edir”.
Об этом сообщает Футляр от виолончели
Bunu A24.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov bu gün Ermənistan və Rusiya arasında hərbi əməkdaşlıq haqqında sazişin imzalanması ilə bağlı açıqlama verərkən deyib. Polkovnik bildirib ki, iki dövlət arasında imzalanan bu saziş Azərbaycan üçün ciddi şəkildə narahatlıq yarada bilər:
“Ermənistanı müstəqil dövlət olaraq hesab etmək olmaz. Buna səbəb isə bu ölkənin Rusiyanın təsiri atında olmasıdır. Azərbaycanın taleyinə qaldıqda isə bu bizi təbii olaraq ciddi şəkildə narahat edir. Çünki işğalçı dövlət yaranan bu vəziyyətdən hər an istifadə etməyə çalışacaq. Həmçinin iki dövlət arasında olan əlaqələr Dağlıq Qarabağ məsələsinin həll olunmasında ciddi problemlər yaradacağına zəmin yaradır. Çox təəssüf ki, Azərbaycanın iki dövlət arasındakı münasibətə təsir yaratmaq imkanı yoxdur. Aydın məsələdir ki, Qarabağın taleyi Rusiyanın əlindədir. Onların razılığı olsa Dağlıq Qarabağ məsələsinin həlli özünü çoxdan tapmışdı”.
Şair Ramaldanov həmçinin bir neçə gün bundan əvvəl İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü də şərh edib. Onun sözlərinə görə, keçirilən son görüşdə Ermənistan prezidentinin söylədiyi fikirlər bu ölkənin işğalçı olduğunu bir daha sübut edir:
“Görüş zamanı məlumatların ictimaiyyətə çatdırılmaması haqqında ölkə rəhbərləri haqqında sözləşmə olmuşdu. Lakin görüş başa çatan kimi Sarkisyan Qarabağ məsələsində Ermənistanın mövqeyinin dəyişilməz olduğunu bildirdi. Bu da o deməkdir ki, Ermənistan bir daha işğalçı olduğunu qeyd edir. Əgər Sarkisyan güclü ölkə başçısı olsaydı, bu sözləri deməzdi. Təbii haldır ki, bu görüşdə Ermənistandan Azərbaycan üçün müsbət fikirlər gözləmək mümkün deyildi. Buna görə Azərbaycan öz hərbi gücünü işə salaraq Qarabağı düşməndən azad etməlidir”.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan bu gün bir sıra qanunların təsdiqlənməsi ilə bağlı fərman verib.
Belə ki, Sarkisyan Ermənistan və Rusiya arasında 2013-cü ilin iyunun 25-də “Ermənistan Respublikası və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlığın inkişafı haqqında” imzalanmış müqavilə çərçivəsində təchiz olunan hərbi təyinatlı məhsulların mövcudluğu və məqsədyönlü istifadə olunmasına nəzarətin aparılma qaydası haqqında sazişi təsdiq edib.
Elvin Paşazadə

