Sabiq prezident qadağaların əksinə gedib sosial şəbəkə açdı
05.03.2020 11:46İranda sosial şəbəkələrin blok edilməsinin fəal iştirakısı olmasına baxmayaraq, dövlətin eks-prezidenti Mahmud Əhmədinecad “twitter” sosial şəbəkəsində öz akkauntunu açıb.
Об этом сообщает Руспрес
Saytımızın əldə etdiyi məlumata görə, bu barədə “The Guardian” məlumat verir.
Siyasətçi öz ilk tvitini ingilis dilində yazıb, daha sonra isə bu akkauntun həqiqiliyini təsdiqləyən video yerləşdirib.
O, qeyddə insanları onun akkauntunu -@Ahmadinejad1956 oxumağa səsləyib.
Öz akkauntunun təsvirində o qeyd edib ki, “o, ər, ata, baba, universitetdə professor, prezident, mer, İranın məğrur vətəndaşıdır”.
Sosial şəbəkə istifadəçiləri cəld Əhmədinecada xatırladıblar ki, məhz onun yenidən prezident seçilməsinə etirazlara görə 2009-cu ildə İran ərazisində “twitter” blok edilmişdi. (oxu.az)

