Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident qanunu tapdayan icra başçılarına əl gəzdirməyə başladı: Növbədə kimdir?

05.03.2020 11:46

“Bakının Yasamal rayon icra başçısını qanunsuz söküntüyə görə işdən azad etdilər. Amma onu və digər başçıları lap çoxdan qanunsuz tikintilərə görə cəzalandırmaq lazımdır”.

Об этом сообщает Роспрес

A24.az bildirir ki, bunu açıqlamasında hüquqşunas Ərşad Hüseynov bildirib.

O deyib ki, Bakıda və ölkənin az qala hər yerində qanunsuz tikinti ciddi bəladır: “60-80-ci illərdə gecəqondu daxmalar əvəzinə indi 25 mərtəbəli “gecəqondular” tikilir. Belə getsə, bəzi yerlərdə piyada gəzməyə də yer tapılmayacaq. Beton cəngəlliyin qarşısı alınmalıdır”.

Qeyd edək ki, son islahatlar addımı icra strukturlarında fəaliyyəti ilə nöqsan sərgiləyən məmurlardan da yan keçməməkdədir.