Prezidentin maşınını daşa basdılar – VİDEO
05.03.2020 11:46Venesuelanın prezidenti Nikolas Maduro Bolivar ştatına səfəri zamanı əhalinin qəzəbinə tuş gəlib.
Об этом сообщает Руспрес
A24.Az Korrespondent-ə istinadən xəbər verir ki, Bolivar ştatında hakimiyyətə etiraz edən aksiyaçılar prezidentin maşını hərəkət edərkən onu daşa basıblar.
Hadisənin videogörüntülərini Miranda ştatının qubernatoru müxalifətçi Enrike Kapriles öz Tvitter səhifəsində yerləşdirib.
Maduroya heç bir zərər dəyməyib. Aksiyadan canlı yayım edən dövlət televiziyası dərhal yayımı kəsib. Ara sakitləşəndən sonra yayım davam etdirilib. Prezidenti daşa basanlardan 5-i saxlanılıb.
Qeyd edək ki, Venesuelada siyasi böhran getdikcə kəskinləşib. Madura parlamentdən kənar qərarlar verdiyinə görə etirazla qarşılanır.
Termina de irte @nicolasmaduro Por donde vayas los venezolanos te aborrecen! Ahora en Bolívar! pic.twitter.com/LnxEn3BQqJ
— Henrique Capriles R. (@hcapriles) April 12, 2017

