Putin ABŞ-ın Suriyaya qarşı etdiyi hərəkəti “təcavüz” adlandırdı
05.03.2020 11:47Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ABŞ-ın Suriyanı bombalamasını təcavüz adlandırıb.
Об этом сообщает Футляр от виолончели
“A24.Az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Vladimir Putinin qənaətincə, terrorçuların kimyəvi silahdan istifadə etməsi faktlarının təhrif edilməsi mövcud şəraiti daha da dərinləşdirir”, – deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, Rusiya prezidenti Suriya ordusunun kimyəvi silah ehtiyatının olmadığını bildirib.
Qeyd edək ki, ABŞ Suriyanın Homs bölgəsində Bəşşar Əsəd rejiminə aid hərbi aviabazaya Aralıq dənizindəki gəmilərdən təqribən 59 “Tomahawk” tipli raket buraxıb. İlkin məlumata görə, hava zərbələri nəticəsində 5 nəfər ölüb.

