Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putin: “Əldə etdiyimiz razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək”

05.03.2020 11:47

Rusiya Federasiyası, İran və Türkiyə arasında əldə olunan razılaşmalar Suriyada nizamlanma prosesini sürətləndirəcək və Yaxın Şərqdə gərginliyi azaldacaq.

Об этом сообщает Роспрес

A24.Az APA-ya istinadən verdiyi məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin İran və Türkiyə dövlət başçıları ilə görüşdən sonra bildirib.

“Ümid edirəm ki, əldə edilən razılaşmalar Suriyada sülh prosesini sürətləndirməyə imkan verəcək, yeni münaqişələrin, etnik  və konfessiyalar arası qarşıdurmaların yaranma risklərini azaldacaq və nəticədə Yaxın Şərqdəki ümumi vəziyyətə müsbət təsir göstərəcək”.

Rusiya prezidenti İran və Türkiyə prezidentlərinə faydalı və məhsuldar söhbətə görə təşəkkür edib.

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüş Suriya probleminə həsr olunub.