Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Putin sərvətinin nə olduğunu açıqladı

05.03.2020 11:48

Amerikalı rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putinlə apardığı müsahibələrdən sənədli film hazırlayıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, “The Putin Interviews” (Putinin müsahibələri) adlı hissədə Stoun Putinə “dünyanın ən varlı insanı olduğunuz deyilir”-bildirib. Putin isə “Söylədikləri qədər sərvətim yoxdur” cavabını verib.

Putin Stounun Kiprdə olan bank hesabları ilə bağlı soruşduğu suala “Xeyr, heç olmadı. Hamısı cəfəngiyyatdır. Elə bir şey olsaydı, çoxdan bəlli olardı” deyib.

Putin əsl sərvətin nə olduğuna açıqlama verib. “Mənə görə əsl sərvət xoşbəxtlikdir. Böhran zamanı pullarınızı nə edəcəyinizi, onları hara qoyacacağınızı düşünürsünüz. Pul sizə yalnız baş ağrısı gətirir. Siz bank hesablarında çox pulu olanlardan daha zənginsiz. Öz fikirləriniz, istedadınız var və bunu nümayiş etdirə bilirsiz. Tarixdə iz qoya bilirsiz. Pul belə xoşbəxtlik vermir. Tabuta qoya bilmirsiz. Pulu özünüzlə apara bilmərsiz”.