Qadın və kişi ürəyi arasında 12 fərq
05.03.2020 11:48Dünyada ölüm səbəbləri arasında ilk sırada gələn ürək xəstəlikləri qadın və kişilərdə fərqlidir.
Об этом сообщает Роспрес
Saytımız saytı Türkiyə mediasına istinadən xəbər verir ki, qadın ürəyiylə kişi ürəyi bir-birindən fərqlidir. Qadın ürəyinin hasas və kövrək olduğu deyilir. Məlumata görə, bu elmi olaraq da sübut edilib. Üstəlik qadınlarda ürəyin damarları daha incə və daha həssasdır. Qadın ürəyiylə kişi ürəyi ölçü olaraq da bir-birlərindən çox fərqlidir.
Türkiyəli Dos. Dr. Qarabulud qadın və kişi ürəyinin 12 fərqini və nəyə diqqət etməyin lazım olduğunu açıqlayıb:
1. Qadın ürəyi kişilərə nisbətən daha kiçikdir. Normal qadın ürəyi 118 qram ikən, kişilərdə bundan 60 qram daha ağırdır.
2. Qadın ürəyinin damarları daha incədir. Kişilərə nisbətən qadənlarda ürək damrlarının orta hesabla 1 mm daha incə olması əməliyyat zamanı müdaxilələri çətinləşdirir.
3. Qadınlarda qapaq quruluşu daha zəifdir. Qadınlarda qapaq xəstəliyi və bununla bağlı döyüntü şikayətləri daha çoxdur.
4. Qadınlarda ürəyinin damarları daha həssas və büzüşməyə meyllidir. İncə damarlarda inkişaf edən müvəqqəti büzüşmə diaqnozu çətinliklə qoyulan ürək və sinə ağrılarına səbəb olur.
5. Qadın ürəyindəki xəstəliklərə çətin diaqnoz qoyulur. Klinik şübhə və risklər nəzərə alınaraq yüksək səviyyəli analizlər verilməlidir.
6. Qadın ürəyi infarkt sonrası xəstəliklərə daha dayanıqsızdır. İnfarkt sonrası ölüm halları kişilərə nisbətlə daha çoxdur.
7. Qadın ürəyindəki xəstəlik tez-tez normal olmayan əks təsirlər verir. Kişilərdə sinə ağrısı əsas olsa da, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq, qabarıqlıq hissi daha yüksəkdir.
8. Qadınların ürəyi kişilərə görə çox atır. Məsələn, gündəlik ürək sürəti kişilərdə 70-72, qadınlarda isə 78-82 arasında dəyişir.
9. Qadın ürəyi xüsusilə dərmanların əks təsirlərinə qarşı daha həssasdır. Ürəkdə ritm uyğunsuzluğu riski kişilərə nisbətən qadınlarda çoxdur.
10. Qadın ürəyində laxtalanma kişilərə nisbətlə çoxdur. Doğumu yüngülləşdirən dərman qəbul edən və siqaret çəkən qadınlarda bu risk çoxdur.
11. Qadın ürəyinin damarları xəstəliyə daha müqavimətlidir. Kişilərlə müqayisədə damar xəstəliyi riskində 10 illik fərq var. Ancaq bu fərq menopozdan sonra yoxa çıxır.
12. Qadın ürəyində damar xəstəliyi tez-tez bir damara daha çox təsir edir. Bu da xəstəliyin analizlərdə müəyyən edilməsini çətinləşdirir.

