Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qadınların kişilərdən 10 vacib üstünlüyü – SİYAHI

05.03.2020 11:49

Qadın ürəyinin kişiyə görə daha həssas və kövrək, beyninin isə “unutmamaq” cəhətdən kişidən öndə olduğu elmi olaraq sübut olunub.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, qadın ürəyinin kişilərə görə daha həssas və kövrək olduğunu qeyd edən Kardioloq Dr. Əhməd Karabulut qeyd edib ki, həddindən artıq stress və kədərin təkan verdiyi ürək çatışmazlığı xəstəliyi qadınlarda daha tez-tez rast gəlinir.

Ürəkləri daha kövrək olsa da, qadınlar ürəklə bağlı xəstəliklərdən daha çox xilas ola bilirlər.

Beləliklə, qadınları kişilərdən fərqləndirən 10 maraqlı xüsusiyyəti sizə təqdim edirik:

1. QADIN BEYNİ UNUTMUR

Kişilərin o qədər də razılaşmadığı bu xüsusiyyət elmi olaraq da sübut olunub. Qadınların yaddaşda daha çox hadisəni saxlaya bilməsi və bu hadisələri kişilərə nisbətən daha tez xatırladığı Norveçdə aparılan tədqiqatda sübut olunub. Bunun səbəbi dəqiq olmasa da, xüsusən yüksək təzyiq və damar sərtliyinə bağlı beyindəki qocalmanın kişilərdə daha çox olduğu güman edilir.

2. HİSSLƏRİNİ İFADƏ ETMƏK ÜÇÜN DAHA ÇOX SÖZ İSTİFADƏ EDİR

Qadınlar daha çox danışır. Xüsusilə cəmiyyət içində qadınların kişilərə nisbətən daha çox danışdığı və təxminən 2,5 dəfə daha çox söz istifadə etdiyi müəyyən edilib. Bu da qadınların sosial mühitə daha sürətli uyğunlaşmasını təmin edir.

3. ÜRƏKLƏRİ DAHA KÖVRƏKDİR

Qadın ürəyinin kövrək və həssas quruluşu elmi olaraq da sübut olunub. Ümumiyyətlə, həddindən artıq stress və kədərin səbəb olduğu ürək çatışmazlığı xəstəliyi də qadınlarda daha tez-tez rast gəlinir. Qadın ürəyinin damarları daha incədir və tez zədələnir. Ona görə də qadınlarda zədələnmiş ürək damarlarını müalicə etmək daha çətindir və ürək çatışmazlığı keçirən qadınlarda ölüm halları  kişilərə nisbətən daha yüksəkdir. Qadın ürəyinin döyüntüsü daha çox olduğundan həyəcana daha çox meyllidir.

4. ÜRƏK ÇATIŞMAZLIĞI

Kişilərlə müqayisədə qadın ürəyində damar xəstəliyinin yaranma riskində 10 illik fərq var. Bunun əsasında qadınlıq hormonunun qoruyucu təsiri və siqaret, alkoqol kimi zərərli vərdişlərin daha az olması durur. Ancaq bu fərq menopauzadan sonra azalır.

5. AĞRIYA DÖZMƏ HƏDDİ DAHA YÜKSƏKDİR

Qadınlarda ağrıya dözmə həddi daha yüksəkdir. Bu xüsusiyyət doğuş ağrılarına dözmək üçün xüsusi önəm daşıyır. Digər tərəfdən, ağrı həddinin yüksək olması və ağrı yerinin tam seçilməməsi xüsusilə infarkt keçirən qadınlarda diaqnoz qoyulmasına çətinlik yaradır. İnfarktda kişilərdə döş ağrısı ön planda olduğu halda, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq, şişkinlik hissi ön plana çıxır.

6. HORMONLARI ASILILIQDAN QORUYUR

Qadınlar kişilərə nisbətən az sərxoş olurlar. Araşdırmalarla spirtdən sonra qadınların beynindən həzz hissi verən hormonların daha az miqdarda ifraz olunması sübut edilib. Maddə asılılığı  riskini azaldan bu xüsusiyyət digər tərəfdən depressiya riskinin qadınlarda daha yüksək olmasına şərait yaradır.

7. QADIN ORQANİZMİ DAHA ÇEVİKDİR

Qadın orqanizmi kişilərə nisbətən daha elastik quruluşa malikdir. Bu da oynaqların hərəkətliliyini daha da artırır. Orqanizmə qıvraqlıq qazandıran bu xüsusiyyət eyni zamanda doğum prosesinin problemsiz bitməsinə səbəb olur. Bununla yanaşı, xüsusilə uzun və arıq qadınlarda ürəkdə qapaq quruluşunun daha süst olması həyəcanla bağlı daha çox şikayətlərin olmasına səbəb olur.

8. QADINLARDA İY BİLMƏ QABİLİYYƏTİ DAHA GÜCLÜDÜR

Qadın burnu kişilərə nisbətən daha həssasdır. Qoxu ayırd etmədə qadınlar kişilərə nisbətən bir addım öndədir. Burunda olan qoxuya həssas hüceyrələrin qadınlarda daha çox olduğu sübut edilib. Ətirlərə bağlılıq da bu xüsusiyyətdən irəli gəlir. Qadınlar bu üstünlükləri sayəsində xarab olmuş ərzaqları daha tez seçə bilirlər.

9. BEL ƏTRAFINDA YAĞLANMA DAHA AZDIR

Qadınların orqanizmi elə formalaşıb ki, onların bel nahiyəsində yağ daha az toplanır. Damar sərtliyi riskini azaldan bu xüsusiyyət təəssüf ki, qadınlarda kökəlmə probleminə görə azalır.

10. DAHA ÇOX YAŞAYIRlLAR

Qadınlarda ömür kişilərdən təxminən 5 il daha çoxdur. Buna səbəb kimi qadınların ürək və damar xəstəliklərinə daha az tutulması, sosial əlaqələrinin kişilərə nisbətən daha möhkəm olması və özlərinə daha çox diqqət etmələri göstərilir.

Vüsalə Əlövsətıqızı

Новости