Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Qarabağ” Çempionlar Liqasında ilk qolunu vurdu – “Tarixi qol”

05.03.2020 11:50

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

A24.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxır.

Об этом сообщает Роспрес

Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edir. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Hazırda oyunun ilk hissəsi oynanılır. Hesab 1:2-dir. Komandamızın ilk qolunu Enrike vurub.

Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir. Matçın favoriti qonaqlar olsa da, Ağdam təmsilçisinin doğma meydanda, güclü azarkeş dəstəyi qarşısında yaxşı nəticə qazanacağına da ümid edənlər az deyil.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.