Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarnınızdakı beyindən xəbəriniz var? – Altıncı hissin mənbəyi aşkarlandı – İnqilabi kəşf

05.03.2020 11:52

İnsanlar müəyyən yaş mərhələsində yaradılış, tanrı, dünya ilə bağlı sualların cavabını tapmağa çalışır. Bu cür düşüncələrin insanı depressiya vəziyyətinə sürüklədiyi məlum olub. Ailə-məişət problemləri ilə yanaşı, bu cür məsələlər haqqında düşünmək nə dərəcədə normal haldır?

Об этом сообщает Роспрес

Bu cür düşüncələrin beyində yarandığı hesab edilsə də, son illərdəki elmi çalışmalar  bu fikri təkzib edir.

A24.Az-ın verdiyi xəbərə görə, elm adamları insanın ikinci beyninin olduğunu və onun qarın nahiyəsində yerləşdiyini müəyyən edib.

Bu haqda ilk dəfə 1998-ci ildə yayımlanan “İkinci Beyin” adlı elmi kitabda informasiya verilib. Həmin kitabda bəlkə də, elm dünyasının ən böyük kəşfi işıq üzü gördü.

Kitabda da deyildiyi kimi, insanların çoxunun xəbərsiz olduğu qarın bölgəsindəki ikinci beyin əsas bağırsaqda yerləşir. Beləcə bütün nevro alimlər tərəfindən təstiqlənməsi ilə insanların ikinci beynə sahib olduğu müəyyən edilmiş olub.

İkinci beynimizin olduğunu qəbul etdiksə, həmin beynin funkiyalarını öyrənə bilərik artıq.

İkinci beynimiz demək olar ki, əsas beynimizlə tamamilə bir-birinə bənzəyən bağlantı quruluşuna sahibdir və ən az kəllə sümüyünün içindəki beyin qədər ağıllıdır. İkinci beyin də hüceyrə tipləri, əsas maddələr və reseptorlar əsas beyinlə birəbir eynidir.

Qarındakı beynimiz, əsas bağırsaq divarından yerləşir. Bu təbəqədə yüz milyonlarla sinir hüceyrəsi var.

İkinci beynin əsas beyinə göndərdiyi siqnallar əsas beyindən alınan siqnallardan daha çoxdur. Belə ki, sözün əsl mənasında qarnımız hiss edir, düşünür və xatırlayır.

Aşağı beynimizdə xüsusilə qorxu, sevinc və kədər kimi idarə edə bilmədiyimiz duyğularımız da yerləşir.

İkinci beyin, ya da digər adı ilə “çi”, həm bədən, həm də ruhun həyatda qalmasını təmin edir.

Serotonin, opiat və dopamin kimi hormonların ifrazında iştirak edən ikinci beyin insan ruh və psixoloji  çalxalanmalarında böyük rol oynayır.

Xüsusilə körpə vaxtlarında olduqca aktiv olan qarındakı beyin, əgər yaddaşında depressiya halını saxlayarsa, insan bu səbəbdən bütün həyatı boyu depressiyada ola bilər.

Əvvəldə dediyimiz yaradılışla bağlı depressiv düşüncələrin varlığı həmin dövrdə qarındakı beryinin yaddaşa yazdığı uşaqlıqdan qalma depressiya halı hesab olunur.

Səbəbi məlum olmayan və dəqiq diaqnoz qoyulmayan xəstəliklərdən əziyyət çəkən insanlar olur. Bu insanların sağlamlıqla bağlı problemləri əslində qarındakı beyində, bağırsaqlarda yaranır.

Bu beyində ortaya çıxan anomalilər insanda xəstəliyə və psixoloji çalxantılara səbəb olur. Amma biz buna görə qarındakı beyni yox, insanı günahlandırırıq. Çünki çoxlarımız bu beyindən və onun gücündən xəbərsizdir.

Qarındakı beyinlə əlaqəli digər sirr də odur ki, insanda daxili səs, altıncı hiss olaraq bilinən hissiyatların əsas mərkəzi bu beyindir.

Altıncı hissin əsas beyin və aşağı beynin qarşılıqlı vəhdətdə fəaliyyətindən ortaya çıxdığı düşünülürdü. Yaxın zamanda elm adamları bağırsaqdan beyinə gedən sinir impluslarının beyindən qarına gedən sinir impluslarından daha çox olduğunu sübut etdi. Beləliklə, bu bağlantıların 90% -nin aşağıdan yuxarı doğru hərəkət etdiyi kəşf edildi.

Bu da o demək olur ki, əgər yuxarıdakı beyin ilə aşağıdakı beyin arasındakı sinir əlaqələri problemsiz formada işləyirsə, bu sizin hissiyatınızın güclü olmasına və hadisələri əvvəlcədən duyma xüsusiyyəti qazanmağınıza kömək edir.

Qarındakı beynin təsir etdiyi başqa sahə isə yuxulardır. Ritmik və normal dalğalanmanı təmin edən qarındakı beyin, REM mərhələsində, yəni yuxunun görüldüyü mərhələdə təsirini davam etdirir və dalğalanmalar artır.

Yuxu zamanı yuxarı beyin ilə yanaşı qarındakı beyində də dalğalanmanın olması, yuxunun bağırsaqlarda görüldüyü ehtimalını da ortaya çıxarır.

Hətta qarnımızdakı beynin “lucid dream”, astral səyyahət,  nəfəs və meditasiya kimi çalışmalarda önəmli yeri var.

Natəvan Abdulla