Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qarpız seçərkən nələrə diqqət etməliyik? – 5 sadə məsləhət

05.03.2020 11:52

Yay aylarında süfrələrdən əksik olmayan karpızı ala bilmək üçün 5 fərqli nüansa diqqət etməliyik.

Об этом сообщает Руспрес

Saytımız qarpız həvəskarlarına 5 vacib olan məsləhəti təqdim edir:

1 – Qarpız alan zaman alt hissəsinə diqqət edin. Qarpızın alt hissəsi nə qədər sarı rəngə yaxındırsa, qarpız bir o qədər şirin olur. Lakin həmin hissənin ağ olmamasına nəzər yetirin.

2 – Qarpız alarkən qəhvə rəngli xallara da diqqət edin. Çünki qarpızın səthində olan qəhvəyi xallar və zolaqlar arılar tərəfindən ziyarət edildiyini göstərir. Bu qarpızın şirin olduğunu ortaya qoyur.

3 – Qarpızların şirin və ya sulu olduğunu anlamaq üçün onların quruluşuna fikir verməliyik. Karpız istehsalçılarının dediklərinə görə, incə, uzun olan qarpızlar sulu olduğu halda, yumru olan qarpızlar şirin olur.

4 – Yaxşı qarpız almaq üçün böyük qarpız axtarmağınıza ehtiyac yoxdur. Vacib olan qarpızı əlinizə aldığınız zaman onun ağırlığıdır. Çünki yüngül qarpızların dadsız çıxma ehtimalı yüksəkdir.

5 – Son olaraq, alarkən qarpızın saplağına diqqət etsəniz yaxşı olar. Əgər qarpızın saplağının rəngi yaşıla yaxındırsa onun hələ yetişmədiyini göstərir. Ona görə də saplağın yaşıl olmamasına diqqət etmək lazımdır.

Firuzə Alimova