Qarsda naxçıvanlıların olduğu sərnişin avtobusu qəza etdi: 30 yaralı var
05.03.2020 11:52Qarsda İstanbul-Azərbaycan istiqamətində hərəkət edən sərnişin avtobusunun qəza etməsi nəticəsində 30 nəfər yaralanıb.
Об этом сообщает Роспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, qəza zamanı yaralananların əksəriyyətinin naxçıvanlı olduğu bildirilir.
Qəzaya səbəb 34 DY 9433 nömrə nişanlı avtobusu idarə edən sürücünün idarəetməni itirməsi olub. Qəza zamanı avtobus aşıb. Əldə edilən məlumatlara görə, hadisə zamanı əksəriyyətinin naxçıvanlı olduğu 30 nəfər yaralanıb.
Yaralılar dərhal təcili yardımla müxtəlif xəstəxanlara çatdırılıb. Bəzi yaralılara isə elə hadisə yerindəcə yardım göstərildiyi bildirilib.
Firuzə Alimova / MTM

