Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qayınını qətlə yetirən şəxs məhkəmə zalından azadlığa buraxıldı

05.03.2020 11:52

Qaradağ Rayon Məhkəməsində polis həmkarı olan keçmiş qayınını qətlə yetirməkdə təqsirləndirilən Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb.

Об этом сообщает Роспрес

A24.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə müraciəti təmin edib və o, azadlığa buraxılıb.

İttiham aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.

2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.