Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qazax qardaşlarımızın taleyindən keçənlərə Rahimcanca baxış…

05.03.2020 11:52

Bir xalqın yazıçısı, o xalqın ağrı-acısını qələmə almırsa, onun bəşəriliyi, humanistliyi “var”sa da, nəyə yarar? Bir yazıçı ideyalı deyilsə, onun yazdıqları ya öz ölkəsi ya ölkədənqıraqdakılar  üçün maraqlıdırmı? – Bax, Rahimcan Otarbayevin “Baş” romanı, ilk növbədə məhz bu baxımdan diqqəti cəlb edir. Əsər artıq qardaş Türkiyədə kitablaşdırılıb, tirajlanıb; bu dəfə Azərbaycanımız­da gün üzü görür, dünən bir, sabah bir başqa ölkədə, şəhərdə, nəşriyyatda… – Beləcə, vərəq-vərəq, kitab-kitab, ürək-ürək, dalğa-dalğa… yayılır Türküstan ruhu..!

Об этом сообщает Роспрес

Mən böyük Qazaxıstanı yalnız fiziki ərazisinin böyüklüyü ilə deyil, qazax ruhunun böyüklüyü ilə ölçmək istərdim. Bir xalqın ruhunun böyüklüyü nədə, necə, kiminlə təcalla edir? – İlk növbədə, tarixin dərinliklərindən bugünə düşən (qorunan!) işıqda, o işığı sabaha götürənlərlə və od-ocaq qriyucularını fikrən silahlandıran usta qələmlərlə!..

Bildiyim qədər, qazax ədəbiyyatşünaslığı ustad Otarbayevi əsasən realist yazıçı sayır, ancaq onun tək bir “Baş” romanı belə göstərir ki, Rahimcan xoca üçün YAZIÇI sözünün qarşısında “realist”ə ehtiyac yoxdur; əgər illa da hansısa söz yazmaq lazımsa, mən o yerə, “universal” yazardım, yaxud ən azı iki sözü ( – biri “mistik” olmaqla..!) calaq edib, “titul­laşdırar, ünvanlaşdırardım…

Bilirsiz, köçəri, çöl yaşam tərzindən keçmiş, – keçmiş mma keçirməmiş (itirməmiş) xalqın tarix yazması (yaşatması), şəhərləşməsi, yaxud od-ocaq qoruyuculuğu sadə məsələ deyil. Belədə, onillər öncə haqqa qovuşmuş (həlak edilmiş) böyüyünə üz tutmağa məcbur olur, yenə onu danışdırırsan… Ancaq ustad qələmi bacarar bu işi, ancaq! Yoxsa, yazılan da, yazan da, elə torpağın altda qalar, nəinki torpaq altdakını üzə çıxarar… – O torpaq altdakı bir kasa qırağına yazılmış bir cümlə olsa belə…

Ustad Otarbayev uzun illər qardaş Qazaxıstanın qardaş Qırğız Respublikasında Böyükelçiliyində çalışıb, iki qardaş ölkə arasındakı müxtəlif əməli çalışma sahələrində (yəqin ki ilk növbədə, qazax – qırğız qardaşlıq ilişkilərinin möhkəmlənməsi yönündə!) bir diplomat olaraq töhfələr verib; eləcə də, doğma Qazaxıstanda mədəniyyət, incəsənətlə bağlı bir çox qurumlarda işləyib, qazax mənəvi dəyərlərinin zənginləş­məsində özünəxas əmək (xas əmək) sərf edib… – Bunlar öz yerində. – Elə bilirəm, artıq Rahimcan  Otarbayev adının özü, onun əsərləri (bizim misalda “Baş” romanı) hər gün, hər yerdə qazax xalqına mənəvi böyükelçilik edir, onu tanıdır, öyrədir, sevdirir…

Ustadın yazdıqlarında bizə tanış mənzərələr çoxdur… – Necə deyərlər, “bu dərd mənə tranış gəlir”, “Bu yurd mənə tanış gəlir”… – Çünki qardaş qazax xalqının tarxinə güzgü tutulur – ortaq dəyərlərə, ortaq keçmişə (Tanrı yar olsa, ortaq gələcəyə!) malik olan xalqın…

Rahimcan  Otarbayevin romanında ümumtürk əfsanələrindən, mifologiyadan gələn uğurlu xətlər, çağdaş (çağdaşmı?!) dünyanın gerçəklikləri ilə üzvi surətdə çulğalaşdırılır: bəlkə, bəzən kəsişmələr, bəzən paralelliklər olur, enində-sonunda usta qələm onları aparıb-aparıb çaylar kimi qovuşdurur. Qovuşan çaylarsa, axıb-axıb… dəniz olur.

Ümumiyyətcə, yazıçılığın qut(sal) sənət olduğunu qəbul etsək, usta qələmin suya, havaya, torpağa, od(-ocağ)a üz tutması, onlardan sıyrılıb (sıyırıb!) İNSANa üz tutması, insanı tarixin fərqli dönəmlərindən insanca keçirməsi… sayğıduyarlıqla qeyd olunası bir ədəbi hadisəsidir.

Görkəmli qazax yazıçısı Rahimcan  Otarbayevin “BAŞ” romanı baş romandır!

Mən qardaş qazax oxucularını, ilk növbədə ustadın özünü bu uğurlu əsər münasibəti ilə ürəkdən qutlayıram! əsərin Azərbaycancaya uyğunlaşdırılıb, Bakıda nəfis şəkildə kitab­laş­dırılması münasibəti ilə, Azərbaycan oxucusunu qutlayıram.

Əgər bir əsər yazılandan illər sonra da yazarına alqışlar gətirir, ayrı-ayrı ölkələrdə kitablaşdırılırsa, yeni dillərə çevrilib, yeni oxucular qazanırsa, bu, UĞURun ta özüdür!

DGTYB üzvü, istedadlı gənc yazar Günay Nəriman Həsənlinin, ona bəslədiyimiz güvəni sarsıtmayaraq, bu romanı, həm qısa zaman kəsiyində, həm də, əsərin ruhgücünü saxlamağı bacararaq, bizim oxuculara çatdırdığını da ayrıca qeyd edir, ona yeni yaradıcılıq uğurları diləyirəm.

Bir daha “BAŞ” adlı baş roman yazan ustadı ürəkdən qutlayır, möhkəm can sağlığı, iş avandlığı, bayraq ucalığı diləyirəm!

Sayğılarımla,

Əkbər QOŞALI,

DGTYB Gənəşinin başqanı