Qazaxıstan bu cür davam etsə, Qırğızıstan birlikdən ayrılacaq
05.03.2020 11:52Qırğızıstanlı ekspert İskəndər Şarşeyev “Qırğızıstanın yeni prezidenti ölkəni Avrasiya İqtisadi Birliyindən geri çəkə bilər” iddiasını səsləndirib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Qırğızıstanda prezident seçkilərini dəyərləndirən qırğızıstanlı ekspert İskender Şarşeyev seçkilərin uğurlu bir şəkildə həyata keçirildiyini söyləyib.
“Seçkilərin şəffaf bir şəkildə həyata keçirildiyinə dair şübhə yoxdur. Verilən səslərin yenidən sayılmasını gözləyəcəyik. Ölkədə konstitutsiyaya uyğun, şəffaf və demokratik seçkilər keçirildi. Bu, bizim ölkənin uğurudur. Sonrakı hədəfimiz davamlı olaraq böyüyən iqtisadi inkişafa çatmaqdır.
Qırğızıstan prezidenti xarici siyasətə, qanunların işləməsi, sosial inkişaf mövzuları, siyasi və diplomatik sahələrə istiqamət verən ən əhəmiyyətli şəxsdir. Ölkə iqtisadiyyatının inkişafından məsul olan şəxs isə Baş nazirdir”.
Qazaxıstanla olan münasibətləri dəyərləndirən ekspert “Qazaxıstan sərhədlərini blok etməyə davam edərsə, yeni prezident ölkəni Avrasiya İqtisadi Birliyindən geri çəkə bilər. Bütün bunlara baxmayaraq, ölkələrin bir-birindən üzür istəyəcəyinə və bütün problemlərin həll olunacağına inanıram” deyə qeyd edib.
Firuzə Alimova / A24.az

