Qətər embarqodan sonra turistləri hədəfə aldı – 37 ölkəyə viza tətbiqi
05.03.2020 11:53Körfəz ölkələrinin Qətərə embarqo tətbiq etməsindən sonra Qətər Rusiya və Çinin də daxil olduğu 37 ölkənin vətəndaşlarına viza tətbiq etməyə başladı.
Об этом сообщает Футляр от виолончели
Qətər Hava Yolları turist vizası verəcəyi ölkələrin siyahısını açıqladı.
A24.Az xəbər verir ki, Qətər Daxili İşlər Nazirliyinin siyahısında aşağıdakı ölkələr var:
Argentina, Çili, Fransız Quanası, Latviya, Makedoniya, Paraqvay, Slovakiya, Livan, Boliviya, Çin, Ekvador, Quana, Şeyşel adaları, Malta, Peru, Sloveniya, Tailand, Braziliya, Kolumbiya, Estoniya, İndoneziya, Litva, Meksika, Rumıniya, Cənubi Afrika, Uruqvay, Bolqarıstan, Xorvatiya Falk Adaları, Qazaxıstan, Makao, Moldova, Rusiya, Surinam və Venesuela.
LAZIMİ ŞƏRTLƏR
Turist vizası almaq üçün şərtlər isə belədir:
100 Qətər Riyalı (27 dollar) dəyərində olan vizaların verilməsi üçün müraciət edənlərin istifadə müddəti ən az 6 ay olan pasportu, dönüş bileti, hotel rezervasiya təsdiqi, 1500 dollaradək pulu və ya bu miqdarda məhdudiyyəti olan kredit kartı olmalıdır.
Qətər ilə Türkiyə arasında isə viza sərbəstdir.

