Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qışqırıq səsinə gələn mühafizəçi gördü ki, sərxoş kişi 16 yaşlı qıza təcavüz edir – VİDEO

05.03.2020 11:55

Türkiyədə iyrənc təcavüz hadisəsi baş verib. 

Об этом сообщает Роспрес

A24.az-ın milliyet.com-a istinadən məlumatına görə, İstanbulda iyrənc təcavüz hadisəsi baş verib. Bir nəfər sərxoş şəxs gənc qızı yerə uzadıb ağzını tutaraq təcavüz etmək istəyib. Qışqırıq səsinə gələn mühafizəçi həmin şəxsi yararsız vəziyyətə gətirib.

Hadisə dünən saat 09:00 radələrində Tepebaşı Yahya Kahya küçəsində baş verib. Verilən məlumata görə, küçədə gəzərkən 16 yaşlı A.N.G arxasıyla gələn bir nəfər şəxsdən şübhələnib. Sərxoş olduğu deyilən 24 yaşındakı Y.K bir müddətdən sonra qızın üstünə hücum çəkərək onu yerə uzadıb. Ağzını tutub təcavüz etmək istəyərkən zərərçəkən şəxs qışqırmağa başlayıb. Yoldan keçən mühafizə əməkdaşı onu eşidib və hadisə yerinə gəlib. O, sərxoş şəxsi tutub və yararsız vəziyyətə gətirib.

Mühafizəçi hadisə ilə bağlı polisə müraciət edib. Sərxoş şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Elvin Paşazadə