Qızına 400 minlik toy edən məmur tutulub?- Baş Prokurorluq açıqlama verdi
05.03.2020 11:55Bakı Lift-Təmir İstehsalat Birliyində Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində yoxlamalar aparılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Bir müddət öncə qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə böyük rezonans doğurub. Bundan sonra Bakı Lift-Təmir İstehsalat Birliyində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlamalar aparılması bildirilib. Bu gün hətda Qüdrət Şükürovun həbs olunması haqqında məlumatlar da gündəmə gəlib.

