Qızına təcavüz edilən ata prezidentə üz tutdu: “Yalvarıram…”
05.03.2020 11:55Türkiyənin Adana şəhərində qızına təcavüz edən 17 yaşlı oğlanı güllələyib öldürən ata (Əmrah B.) həbs olunub. Cinayətə görə, təqsirləndirilən ata “Yeganə qızımı məndən aldılar, prezidentə yalvarıram, təcavüz edənlərə ağız cəzalar verilsin” – deyə qızına təcavüz edilən ata ətrafdakılara səslənib.
Об этом сообщает Руспрес
A24.Az türkiyə mediasına istinadən xəbər verir ki, Adanada 17 yaşlı oğlan qıza təcavüz edib, bundan bir müddət sona isə qız hamilə qalıb. Hadisəni öyrənən ata təcavüz edən oğlanı taparaq ona 4 güllə atəş açıb. Aldığı ağır güllə yarasında iyrənc əməli törədən gənc hadisə yerindəcə keçinib. Bildirilir ki, qızın atası həmin gəncə atəş açarkən bu sözləri deyib:
“Sən qızıma təcavüz etdin, sənin üzündən hələ də psixoloji müalicə alır” , – deyə Əmrah B. söyləyib.
Törətdiyi cinayətə görə, saxlanılan Əmrah B. məhkəmə prosesi zamanı cinayəti qızımın namusunu yerdə buraxmamaq üçün etdiyini və peşman olmadığını bildirib:
“Namusum üçün etdim. Namusumu yerdən tapmamışam. Qızıma təcavüz etdi. Mən bu cinayəti başqa uşaqlar məruz qalmasın deyə etdim. Prezidentə yalvarıram, təcavüz edənlərə ağır cəza verilməsi ilə bağlı qanun tərtib etdirsin. Yeganə qızımı məndən aldılar. Hamının başına gələ bilər. Bunların şəkilləri asılsın, ifşa olunsunlar”, – deyə Əmrah B məhkəmə prosesində çıxışı zamanı bildirib.

