Qızınızı ərəbə ərə verərsiniz? – VİDEOSORĞU
05.03.2020 11:56Bildiyimiz kimi son zamanlar ərəblərin ölkəyə axını sürətlə artıb. Azərbaycanın hansı bölgəsinə getsəniz, paytaxtdan tutmuş hara ayaq bassanız orda ərəbləri görməmək mümkün deyil.
Об этом сообщает Футляр от виолончели
Daha çox ailələri ilə birlikdə Azərbaycana gələn ərəb turistləri burada 5-7 gün qalır və çoxlu pul xərcləyirlər. Əlbəttə, bu, turizm sahəsində yaxşı göstəricidir. Hətta Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə, 2016-cı ildə ərəb ölkələrindən Azərbaycana gəlmiş turistlərin sayı 25 minə çatıb. Ötən ilin göstəriciləri ilə müqayisədə bu il ölkəmizə gələn turistlərin sayı 8 dəfə artıb.
Həmçinin ərəblər ölkəmizdəki qiymətləri ucuz hesab edir, bizim mətbəxə, təmiz şəhərimizə və qızlarımıza vurulublar. Bəs ölkəmizə gələn bir ərəb azərbaycanlı qızla evlənmək istəyərsə, valideynlərin buna münasibəti necə olar? Xüsusən də qzılarımızı ərə verərkən çox düşünən ata və analarımız qapılarını döyən ərəbə qızlarını verərlər?
Saytımız olaraq belə bir sualla şəhərin sakinlərinə müraciət etdik. Aldığımız maraqlı cavabları sizə təqdim edirik:

