Qubadan havaya qalxan təyyarə, Ermənistanın üzərindən uçdu
05.03.2020 11:57“Qubadan havaya qalxan bir təyyarə, konkret olaraq “Cessna 750 Citation X” markalı iki motorlu təyyarə, Ermənistan hava məkanına daxil olaraq, Yerevanın üzərindən uçaraq Türkiyə ərazisinə daxil oldu. Burda başqa bir maraqlı məqam da ondan ibarətdir ki, xəritədə də gördüyünüz kimi Qubada hava limanının olduğu qeyd olunmayıb”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bu faktı “Facebook” sosial şəbəkə istifadəçisi olan Ruslan Məmmədzadə öz profilində Qubada havaya qalxan təyyarənin Ermənistan Respubilkasının üzərindən keçməsi ilə bağlı foto paylaşarkən qeyd edib.
Sosial şəbəkə istifadəçisi qey edir ki, neçə vaxtdır bu saytı(flightradar24.com) izləyirəm (online rejimdə havada olan istənilən təyyarənin marşrutunu izləmək mümkündür) və görürəm ki, Azərbaycana gələn, Azərbaycandan gedən heç bir təyyarə Ermənistan hava məkanından istifadə etmir:
“Bildiyim qədərilə Ermənistan hava məkanı bizim üçün, bizim hava məkanımız da ermənilər üçün qapalıdır. Ancaq indi saytı izləyəndə maraqlı bir şeylə rastlaşdım. Qubadan havaya qalxan bir təyyarə, konkret olaraq “Cessna 750 Citation X” markalı iki motorlu təyyarə, Ermənistan hava məkanına daxil olaraq, Yerevanın üzərindən uçaraq Türkiyə ərazisinə daxil oldu. Burda başqa bir maraqlı məqam da ondan ibarətdir ki, xəritədə də gördüyünüz kimi Qubada hava limanının olduğu qeyd olunmayıb. (Hava limanları göy işarələrlə işarələnib)”
R.Məmmədzadənin məlumatına görə, Google-də “Cessna 750 Citation X” təyyarəsi haqqında məlumat topladıqda məlum oldu ki, bu təyyarələr hal-hazırda sərnişindaşımada ən sürətli təyyarələrdən sayılır (saatda 977 km) və bu təyyarələr daha çox şəxsi və şirkət təyyarələri kimi istifadə olunur:
“Sizi bilmirəm, amma mənim üçün maraqlıdır ki, Qubadan qalxaraq Ermənistan üzərindən uçub Türkiyəyə gedən təyyarədə kim uçub ? Bu bir dövlət sirri deyil, çünki bu məlumatları hamıya açıq olan “Flightradar24.com” saytından götürmüşəm”.

