Quran doğrudan yanmır?
05.03.2020 11:57İnsanlarımız sözün hərfi mənasında, Qurana o qədər hörmət edirlər ki, onu evdə bağlı saxlayırlar və oxumurlar.
Об этом сообщает Футляр от виолончели
Bu fikirləri “A24.Az”a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, Quran evlərdə bağlı saxlanıb, oxunmadığı üçün səhifələrinə oksigen girmir və nəticədə yaşayış yerlərində, obyektlərdə yanğın zamanı bu kitabın içi yanmır.
“Kağızı müqəddəsləşdirirlər. Halbuki kağız Çindən alınır və onu buddistlər istehsal edir. Səudiyyə Ərəbistanının Mədinə şəhərində hər il milyonlarla Quran çap olunur. Eyni kağızlardan hazırlanan başqa bir kitabı da açmasaq, səhifələrin arasına oksigen daxil olmasa və bir müddət sonra yandırsaq, səhifələri deyil, səhifələrin kənarları yanacaq”- deyə, ilahiyyatçı vurğulayıb.
Elşad Miri əlavə edib ki, bu ərəb əlifbasının və dilinin müqəddəsliyi ilə bağlı deyil. “Ağ evin qarşısında bir keşiş Quran ayələrini yandırdı. O zaman necə yandı? Əgər Quran yanmırsa o zaman da yanmamalı idi”.
Nərmin Kərim

