Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qusarda analoqu olmayan hadisə: Stadionun ortasında ev tikirlər – Sakinlər narazıdır – VİDEO

05.03.2020 11:58

“İctimai yer kimi təkcə bu stadionumuz qalıb”.
A24.Az ARB TV-ə istinadən xəbər verir ki, Qusarın 3 minə yaxın əhalisi olan Urva kəndində cəmi 2 stadion var. Hazırda fəaliyyət göstərən stadionun ərazisinə ev tikilməsi üçün tikinti materialları boşaldılıb. Sakinlər isə bu vəziyyətdən narazılıq edirlər.
Urva kəndində fəaliyyət göstərən digər stadion sürüşmə nəticəsində yararsız vəziyyətə düşüb. Bu səbəbdən sakinlər uzun illərdir ki, sözügedən idman meydançasından istifadə edirlər.
Şavəddin Balakişiyev – kənd sakini: “1990-cı ildən bu stadion fəaliyyət göstərir. O vaxtdan gənclər burada oyunlar oynayırlar. Mən özüm hərbi müəllimi işləmişəm. Bütün təlimlərimizi, dərslərimizi bu stadionda keçmişik”.
Artur Şərifov – kənda sakini: “Bizim məhhələmizin uzunluğu 6 kilometrdir. Bir dənə stadionumuz var, ictimai yer kimi qalan ərazi də budur”.
Qayıbxan Səfərov – kənd sakini: “Camaat istəyir ki, bura stadion kimi qalsın. Tək fəaliyyət göstərən stadion da budur. Cavanlar da gəlib burada voleybol, futbol oynayırlar”.
Fikrət Yaqubov – kənd sakini: “Bu yerin əvəzinə ayrıca 20 sot yer veriblər. Xahişimiz odur ki, bura stadion kimi qalsın”.
Ramin Tarıquliyev – Urva Kənd Bələdiyyəsinin sədri: “1998-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanan sərəncamla 20 sot torpaq sahəsi ayrılıb vətəndaş üçün. Bura idman meydançası kimi qalsın deyə”.
Stadionda ev tikən Eynulla Yaqubovun oğlu ilə telefon əlaqəsi yaradılıb. Cərulla Yaqubov həmin ərazinin onlara aid olduğunu, kəndin digər bir yerində onlara torpaq verilmədiyini bildirib: “Məhkəmə qərarına qədər hər şey var. İmzalı, möhürlü, adamın ağlına gələ biləcək bütün sənədlər var”.

Foto Qalereya:

 

Об этом сообщает Руспрес