Rahib homoseksualları “yıxıb-sürüdü”: “İki erkək aslanın münasibətdə olduğunu görmüsüzmü?”
05.03.2020 11:58Cənubi Afrikanın Soweto şəhərində yerləşən bir kilisədə baş rahibDag Heward Mills qalmaqallı açıqlama verib.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, o, homoseksualları anormal, təbiətə zidd varlıqlar adlandırıb. Baş rahibinin “Təbiətə fikir verin, hər şey aydındır. İki erkək aslanın, iki erkək filin, iki erkək itin aralarında elə bir münasibət görmək mümkünsüzdür. Bu hadisə ümumən təbiətə ziddir” fikirləri etiraza səbəb olub.
Etiraza qatılan LGBT fəalı Motsau Motsau rahibə cavab verib. O, qeyd edib ki, onun kimi homoseksuallar kilisənin vəya digər dini qurumların onları qəbul etməsini qəti halda istəmirlər.
“Buraya bizə qarşı sərgilənən münasibətin dini aspektini müzakirə etmək üçün gəlməmişik. Biz sadəcə cəmiyyətin hər bir təbəqə və qurumundan eyni ölçüdə hörmət gözləyirik”.

