Rahibə Məryəm Ananın bakirəliyinə şübhə etdi, kilsə ayağa qalxdı
05.03.2020 11:58İspaniyada Lusiya Karam adlı bir rahibənin “Məryəm Ana bakirə olmaya bilər” şəklindəki sözləri böyük reaksiyaya səbəb olub.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, İspaniyada bir rahibənin səsləndirdiyi “Məryəm Ana” iddiası kilsə ətrafında müzakirələrə səbəb olub. Katolik rahibə Məryəm Ananın bakirə olmadığını deyib.
Rahibə Lusiya Karam iştirak etdiyi bir televiziya verilişində “Məryəm Ana Yusuf ilə normal bir cütlük olaraq eşq yaşayırdı və cinsi əlaqəyə girmələri də normal idi” deyib.
Kilsədən açıqlama gəldi…
Digər tərəfdən “Bunu qəbul etmək çətindir” deyən rahibənin iddiaları Viktoriya yepiskopu tərəfindən verilən açıqlama ilə qınanılıb:
“Məryəmin əbədi olaraq bakirə olduğu həqiqətdir. Lap əvvəldən bəri o, kilsənin inancını qazana bilməmişdi. Lakin bu cür açıqlamalar kilsənin inancına xələl gətirir”.

