Ramazanda rahatlıq tapmaq üçün 14 TÖVSİYƏ
05.03.2020 11:58Ramazan ayının bir ismarışı var. O ismarış hamını mərhəmətə, qarşılıqlı gözəl münasibətə və paylaşmağa çağırır. Bütün bu hisslərə hər zaman olduğundan daha çox ehtiyacımızın olduğu bu günlər üçün müəyyən rəhbər hazırladıq.
Об этом сообщает Футляр от виолончели
Bir insana səmimi olaraq sarıldığınız zaman ona qarşı olan qəzəbinizi unudursunuz. Barışmağa, bir-birinin gözünün içinə baxaraq gülümsəməyə, başımızın oxşanmasına hamımızın ehtiyacı var. O zaman Ramazanı fürsət bilib küskün olduğumuz bütün insanlarla barışaq. Özümüzə və qarşımızda olan şəxsə bir daha fürsət verək.
Bir mərci şorbası bişirin, yaxud mağazadan karton qablar alın. Sonra bu qabların içinə istədiyiniz yeməkləri qoyun. Heç nə almağa gücünüz yoxdursa, evinizdəki ədyalınızı paylaşın. Maddi yardım etmək üçün nə isə hədiyyə edin.
Yemək orucu tutmaq asandır, lakin həsəd, kin, nifrət, intiqam, qəzəb, zorakılıq orucunu tutmaq isə çox çətindir. Ramazanda həyata keçirdiyimiz ibadətin adı orucdur. Bu söz fars dilində olub, mənası “nəfsi saxlamaq”, yeyib-içməklə, ən azı gündüzləri cinsi həyatdan uzaq olmaq, ən əsası qəzəb və kindən uzaq olmaqdır. Bu çox əhəmiyyətlidir. Çünki bu xüsusiyyətlər mövcud olduqda, ağıl normal işləmir. İştaha, şəhvət və qəzəbin qarşısını aldığımız zaman daxilən hərəkət etməyimizə, ağlımızın düşünməsinə imkan yaradırıq.
Artıq böyük şəhərlərdə yaşayırıq. Çox işləyirik və evə gec gedirik. Hətta qapı qonşumuzu tanımayanımız da vardır. İstəyirsiniz onu iftara çağıraq? Həm tanış olar, həm də süfrənizdə olanları paylaşarsınız. Kim bilir, bəlkə də yaxşı dost oldunuz?
Bəzi kafelərdə insanlar bir yerdə əyləşir, iftardan sonra söhbət edirlər. İftarla sahurun arası 7 saatdır. Sahur edib çıxıb gedirlər. Daim ümumi iftar süfrələrinə dəvət olunuruq. Bu dəfə yoxsul insanların məhəllələrini ziyarət edin. Nəticədə insanları daha yaxşı qavraya bilərik.
İftara yaxın saatlarda böyük tarixi məscidlərin həyətlərinə gedin. Bir küncdə əyləşin. Həmin anın zövqünü alın.
Oruc tutan insanların daxili aləmləri bəzən gərgin olur. Bu zaman gözəl ney səsi eşitməyə çalışın. Bu sizi rahat edəcəkdir.

