“Recep İvedik 5” filmindəki təhqirlərlə bağlı araşdırma yekunlaşdı – NƏTİCƏ
05.03.2020 11:59Türkiyədə tamaşaçıların ixtiyarına verilən “Recep İvedik 5” komediya filmində türk millətinə qarşı təhqirlərin olduğunu irəli sürən tamaşaçı Şahan Gökbakarı və filmi çəkən “Çamaşırhane Film” şirkətini məhkəməyə verib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Yusuf E. adlı tamaşaçının şikayətini dəyərləndirən prokurorluq filmdə qeyd olunan səhnələri araşdırmağa başlayıb.
Şahan Gökbakarın açıqlaması…
Araşdırma zamanı prokurorluqda aktoyrun ifadəsi də alınıb. Şahan Gökbakar verdiyi ifadəsində “Recep İvedik 5” filminin həm prodüseri, həm də aktyoru olduğunu bildirərək filmin Mədəniyyət Nazirliyinin təsdiqləməsindən sonra çəkildiyini və izləyicilərin ixtiyarına verildiyini bildirib. Məşhur komediya aktyoru filmdə türk millətini və bayrağını qətiyyən təhqir etmədiyini, əksinə olaraq ucaltdığını düşündüyünü deyib.
Araşdırma aparan Prokurorluq da filmdə türk millətini, Türkiyə Cümhuriyyətini və Türkiyə Böyük Millət Məclisini təhqir etmək kimi hərəkətə yol verilmədiyini qeyd edib.
Qeyd edək ki, “Recep İvedik 5” filmində Recep İvedik tərəf müqabilinin Azərbaycan forması geyinib idmançı ilə boks etdiyi səhnə də sərtliklə qarşılanmışdı. Türkiyədə Giresun Universitetinin Azərbaycan əsilli akademiki Prof.Dr. Aygün Attar sözügedən səhnə ilə əlaqədar ayağa qalxaraq filmdəki bu səhnənin adi bir komediya olduğunu və insanları güldürmək üçün edildiyini təsvir edə bilməz deyə qeyd etmişdi. Bir müddət davam edən müzakirələrdən sonra Şahan Gökbakar sözügedən səhnəni filmdən çıxartmışdı.
Firuzə Alimova / MTM

