Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Referendum seçkilərində FETO izləri

05.03.2020 11:59

Fəthullahçı Terror Təşkilatının (FETÖ) ilk dəfə  fəaliyyətə başladığı Türkiyədə seçki qutularından çıxan nəticələr ölkədəki FETO təsirinin hələ də davam etdiyini ortaya qoyub.

Об этом сообщает Руспрес

Saytımızın əldə etdiyi məlumata görə,  Türkiyə ilə daha güclü əlaqələr qura bilmək üçün Kiril əlifbasından imtina edərək Latın əlifbasına keçməklə bağlı qərar qəbul edən Qazaxıstanda FETO-çuların hələ də təsiredici qüvvəyə sahib olduğu müşahidə edilib. Qazaxıstanda qurulan seçki məntəqələrində seçicilərin 1553 nəfəri – 41,41 faizi “evet”, 58,59 faizi isə “hayır” səsindən istifadə edib.

Qeyd edək ki, Qazaxıstandan 4443 nəfərdən cəmi 1553 nəfər səs verib. Onlardan 17-si etibarsız sayılıb. 900 nəfər “hayır”, 636 nəfər isə “evet” deyib.

FETO-nun ən geniş fəaliyyət göstərdiyi ölkələrdən biri olan Türkmənistanda isə səs verənlərin 43,74 faizi “evet”, 56,26 faizi isə “hayır” deyib.

FETO mövzusunda dəqiq addım atmayan Qırğızıstanda çıxan nəticələr isə bir xeyli təəccübləndirib. Belə ki, Türkiyədəki referendum seçkiləri ilə bağlı seçki məntəqələrinə gedənlərin 57,36 faizi “evet”, 42,64 faizi isə “hayır” səsi verib.

Özbəkistanda da 169 nəfər (53,65 faiz) “evet”, 146 nəfər (46,35 faiz) “xeyir” deyib.

Azərbaycanda isə 1649 nəfər “hayır” (61,69 faiz), 1024 nəfər (38,31 faiz) isə “evet” deyib.

Firuzə Alimova