Reina qətliamını törədən Maşaripov: “İŞİD xaricindəki bütün müsəlmanlar mürtəddir”
05.03.2020 11:59Türkiyə daxilində 30-dan çox İŞİD terrorçusunun sığındığı evlərdə əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı saxlanan çoxu əcnəbi olmaqla 200 şübhəli şəxs arasında İŞİD ilə əlaqəli kritik adamarın olduğu öyrənilib. Əməliyyat keçirilən evlərdən ümumilikdə 197 min dollar pul götürülüb.
Об этом сообщает Роспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun ikisi Özbək, biri Qırğız, biri də Uyğur olmaqla 4 həyat yoldaşı var. Polis Reina qətliamını törədən Maşaripovdan 4.5 yaşlı oğlunun harada olduğu soruşub.
Terrorçu isə “uşaq ayaq bağı olur, terrorun əmrini verən şəxs tərəfindən aparılıb, İstanbuldan çıxacağım təqdirdə mənə təslim edəcək”, -deyə bildirib.
Qeyd edek ki, Reina qətliamını törədən şəxs Türkiyədə özünü “Özbəkistan İslam Hərəkatının lideri” kimi tanıdıb. O, özünə saxta Uyğur pasportu da hazırladıb. Daha sonra Uyğur Türklərinin arasına girərək, Şərqi Türkistanın siyasətindən faydalanmağa çalışıb.
İŞİD-in təbliğatını aparan Maşaripov bu təşkilat xaricindəki bütün müsəlmanları “mürtəd” (dindən dönmüş) olaraq xarakterizə edib. O, İŞİD-i rədd edən Uyğur Türklərinin İstanbul Zeytunburnundaki restoranlarının sıra ilə bombalanmalı olduğunu söyləyib.

