“Reina” terrorunda şok məqam: Saxlanılanların evindən Azərbaycan pasportları tapıldı
05.03.2020 11:59Yeni il gecəsi Türkiyənin İstanbul şəhərində yerləşən “Reina” gecə klubunda qətliam törədərək 39 nəfərin ölümünə səbəb olan terror hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, Türkiyənin İzmir şəhər terrorla mübarizə idarəsi əməkdaşları terrorla əlaqəli şübhəli hesab etdikləri evlərə basqın edib. “Reina” terroru ilə əlaqəsinin olduğu ehtimal olunan 3 ailənin üzvləri saxlanılıb. Saxlanılanlardan 11-i qadın, 9-u kişi, 20-i isə uşaq olub.
Bildirlir ki, İŞİD terorrorçularına qarşı kəşfiyyat məlumatı nəticəsində saxlanılanlar Mərkəzi Asiya və Şimali Afrika ölkələrindəndirlər.
Onların qaldıqları evlərdən çoxu saxta olan 41 ölkəyə, eləcə də Azərbaycana məxsus pasportlar, mobil telefonlar, GPS cihazı, snayper silahının nişangahı və s. əşyalar aşkar edilib.
Şübhəlilərin “Reina” terroru ilə əlaqələrinin olub-olmadığı araşdırılır.
Xatırladaq ki, “Reina”da terror aktı yanvarın 1-də gecə saatlarında – insanlar yeni ili qarşılayandan bir neçə dəqiqə sonra törədilib. Kluba girən əli silahlı şəxs qarşısına çıxan hər kəsi güllələyib. Daha sonra isə terrorçu hadisə yerindən qaça bilib. Nəticədə 39 nəfər həlak olub.

