Rejimə rəğmən İranda flörtləşən gənclər
05.03.2020 11:59Özənəməxsus dini qayda-qanunları ilə bilinən İranda sosial həyat bütün dünyanın diqqətini çəkir.
Об этом сообщает Руспрес
Saytımız xəbər verir ki, flört etməyin qadağan olunduğu ölkədə gənclər bu əməldən yan keçmirlər. Onlar əsasən dar küçələrdə bir-biriləri ilə görüşürlər.
Qızlar və oğlanlar avtomobilin şüşəsindən bir-birilərinə mobil nömrə verirlər.
İranda ev partilərindən sonra gənclər Tehranda xüsusilə Alburz dağına çıxırlar.
Əyləncə gecəsinin sahibinin və ya həmin əyləncəyə qatılan şəxslərin sizə inanması gizlilik baxımından çox önəmlidir.
İranda insanlar düşünürlər ki, hər yerdə müxbirlər var.
Hava qaralarkən dağa doğru gedirlər. Avtomobillərin içində qızlarla oğlanların olması normaldır.
Avtobus və metrolarda qadınlar və kişilər ayrı olsa da, taksilərdən hər iki cinsin nümayəndəsi istifadə edə bilər.
Başörtüsünü ehmalca arxaya çəkmək və qapının arxasında gizli-gizli danışmaq da flörtləşmənin bir üsulu sayılır.

