Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rəqib komandanın qolunu alqışlayan Qara Qarayev məşqdən qovuldu

05.03.2020 12:00

Bu gün əvəzedicilərin çempionatında baş tutan “İnter”- “Sumqayıt” görüşü zamanı ilk yarıdan sonra hesabda 2:1 öndə olan “İnter”də 2-ci hissənin startında əvəzetmə olub.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, istinadən xəbər verir ki, cəmi 10 dəqiqədən sonra mütəxəssis Füzuli Məmmədov Qara Qarayevi əvəzləmək qərarına gəlib. Bundan hiddətlənən hücumçu ehtiyat oyunçular skamyasına yollanmayıb və görüşü kənardan seyr etməyi üstün tutub.

Final fitinə 5 dəqiqə qalmış qonaqlar hesabda önə keçib və bu qolu Q. Qarayev alqışla qarşılayıb. Bunu görən F. Məmmədov futbolçuya çönərək “Rəqib komandanın qoluna sevinirsən?” deyə ittihamdolu sual ünvanlayıb.

Məsələ bununla bitməyib. “İnter”in əsas heyətinin axşamkı məşqinə qatılmaq istəyən Q. Qarayevə baş məşqçi Zaur Svanadze qapını göstərib.

Hadisənin həqiqətə uyğun olub-olmaması ilə bağlı gürcü mütəxəssisə müraciətdə 58 yaşlı məşqçi informasiyanı təsdiqlədi: “Qaranı komandadan qovmamışam. Yaşanan hadisəyə görə, məşqə buraxmadım. Onun taleyinə hələ ki, aydınlıq gəlməyib. İndi bütün diqqətimiz sabahkı oyuna yönəlib. Bundan sonra yaşanmış hadisəylə bağlı rəhbərliklə müzakirələr aparacağıq və Qarayevin taleyinə aydınlıq gətirəcəyik”.

Новости

Теги