Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rövşanə Bekdaşidən daha bir QALMAQAL – Bu dəfə teatrlara ilişdi – VİDEO

05.03.2020 12:01

“Qaçqın vəziyyətində olan teatrlar nəyə lazımdır ki? Bağlasalar, daha yaxşı olar.”

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, bu sözləri ARB TV-nin efirində yayımlanan “Səhər-Səhər” verilişinin aparıcısı Rövşanə Bekdaşi deyib. Verilişin qonağı olan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla Rövşanə teatrlar haqqında söhbət açıb. Aparıcının “Qaçqın vəziyyətində olan teatrlar nəyə lazımdır ki?” sualından sonra teatr direktoru ilə aralarında mübahisə yaranıb.

Daha sonra teatr direktoru, “Siz dediniz ki, “Qaçqın vəziyyətində olan teatrlar nəyə lazımdır ki? Bağlasalar, daha yaxşı olar.” Şuşa teatrının da adını çəkdiniz. Siz özünüz sonuncu dəfə hansı teatr tamaşasına baxmısınız?” sözlərini vurğulayıb.

Onun bu sözlərindən sonra aparıcı “Bu mənim şəxsi fikrimdir, niyə görə biz tənqidə açıq deyilik”, – deyə cavab verib.

Minirə Qubatov / A24.az