Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya mediasında qəribə pomidor testi – Azəri pomidor sınaqdan necə keçdi?

05.03.2020 12:02

Artıq aylardır ki, Rusiya və Türkiyə arasında pomidor mövzusu gündəmi tərk etmir. Belə ki, Rusiyanın M24 kanalı müxtəlif pomidor məhsullarını seçib test edib.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, kanalın “İnan, amma sınaqdan keçirt” adlı verilişinin aparıcıları Moskvanın müxtəlif bazarlarından aldıqları 6 pomidor növünü studiyaya gətirərək test edib. Həmin 6 pomidor növləri isə bunlardır: qadın barmaqları, demet, cənnət, krasnodar, azəri və kumato.

Pomidorlar bir-bir test edildi…

Verilişdə 6 növ pomidor Rusiya Kənd Təsərrüfatı Akademiyasının araşdırmalar üzrə mütəxəssisi Mariya Polyakova tərəfindən test edilib. Polyokova pomidorlarda nitratın necə təsbit edilə biləcəyini izah edib. Bildiyimiz kimi pomidor istehsalında nitratdan istifadə zəhərlənməyə yol açır.

“Pomidorun keyfiyyətini necə öyrənə bilərik? Bıçaqla pomidoru yarıya bölürük. Əgər içərisində çoxlu boşluqlar varsa, bu halda pomidorun tərkibində çoxlu miqdarda nitrat vardır. Ağ rəngə də diqqət etmək lazımdır”.

Verilişdə pomidorları qeyri-adi üsulla da test ediblər. Belə ki, verilişdə aparıcılar pomidorları şüşəyə tennis topu kimi ataraq, “evdə bunu masaya çırparaq edə bilərsiniz. Pomidor əzilirsə, bu, onun yaxşı olduğunu göstərir” deyə bildiriblər.

Verilişin sonunda keçirilən testlərin nəticələrinə əsasən 6 növ pomidorun hamısının sağlamlığa zərərinin olmadığı vurğulanıb. Nəticə etibarı ilə pomidorun xarici görünüşünə deyil, içərisinə baxmaq tövsiyyə edilib.