Rusiya MN: Qəraib böhranı zamanı 64 sovet vətəndaşı həlak olub
05.03.2020 12:02Rusiya Müdafiə Nazirliyi SSRİ ilə ABŞ arasında “soyuq müharibənin” ən pik nöqtəsi sayılan Qəraib adaları böhranı zamanı həlak olan sovet əsgərlərinin sayını açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
Gazeta.ru yazır ki, bu rəqəmlər ilk dəfə dərc olunur.
Nazirliyin məlumatına görə, 1962-ci ilin avqustun 1-dən 1964-cü ilin avqustun 16-dək Kubada keçirilən əməliyyatlar zamanı SSRİ-nin 64 vətəndaşı həlak olub.
Müdafiə Nazirliyinin həmin hadisələrlə bağlı şərhində qeyd olunub ki, Kubada sovet raketlərin yerləşdirilməsi ABŞ-ın İtaliya və Türkiyədə öz raketlərini yerləşdirilməsinə və Kubaya hücum etməsinə qarşı cavab addımı olub.

