Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya müdafiə naziri hansı çəkiyə malikdir ki, əmrinə tabe olaq? – Politoloqdan General Zakir Həsənova sual

05.03.2020 12:02

Ötən gün mətbuatda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti agentliyinə müsahibəsi yayımlanıb.

Об этом сообщает Футляр от виолончели

Müsahibdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, son zamanlar Dağlıq Qarabağdakı təmas xəttində baş vermiş insidentlər və bu kimi digər məsələlər müzakirə olunub.

Müsahibənin ən çox diqqət çəkən məqamı isə Z.Həsənovun 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı Rusiyanın müdaxiləsi haqda verdiyi açıqlama olub. O bildirib ki, Rusiyanın  müdafiə naziri ordu generalı Sergey Şoyqu ona zəng edərək “bu işi dayandırmaq lazımdır” deyib.

“Ötən ilin aprelindəki döyüşlərin genişlənməsinə və daha çox ərazimizin azad olunmasına Rusiyanın əngəl olduğunu, Kremlin Bakıya təzyiq etdiyini bilirdik. Ancaq ilk dəfədir ki, Azərbaycan rəsmisinin dilindən Kremlin Bakıya hansı şəkildə təzyiq etdiyini öyrənmiş olduq”.

A24.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu nazirin açıqlamasını şərh edərkən deyib. Politoloq nazirin müsahibəsilə bir çox həqiqətlərin üzə çıxdığını bildirib:

“Müdafiə naziri Zakir Həsənov Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsindəki bu həqiqətləri üzə çıxarır: “Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı”; “Mənə Rusiyanın müdafiə naziri Sergey Şoyqu zəng edərək, “bunu dayandır” dedi”; “Rusiyanın baş qərargah rəisi azərbaycanlı həmkarına zəng etdi””

E.Şahinoğlu fikrincə, Şoyqu bu zənglə Azərbaycana hədə-qorxu gəlmək istəyib. “Əslində elə Şoyqu bunu demək istəyib: “Hücumu dayandırmasaz, biz işə qarışacağıq”. Mənim də fikrim ondan ibarətdir ki, hər zaman bunu nəzərə almaqla torpaqlarımızı hansı yolla azad edəcəyik?”, – deyə politoloq qeyd edib.

O, həmçinin bildirib ki, Z.Həsənovun bu açıqlamasından sonra bir neçə sual ortaya çıxır:  “Azərbaycan ordusu bir başqa vaxt yenə torpaqlarını azad etmək üçün hərbi əməliyyata başlasa, məlum ölkə bizi dayandırdıqda, biz yenə dayanacağıq? Rusiya müdafiə naziri bizim üçün hansı çəkiyə malikdir ki, onun “bunu dayandır” istəyinə (əslində əmrə bənzəyir) tabe oluruq? Kremlin “torpaqlarını güc yolu ilə azad etmə” istəyinə (oxu: əmrinə) tabe oluruqsa, əvəzində qazancımız nədir?”

Xəyalə Bünyatova // A24.Az