Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya Müdafiə Nazirliyindən kobud səhv

05.03.2020 12:02

Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya ABŞ-ın İŞİD-ə dəstək verməsini sübut edən fotolar paylaşıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az Oxu.Az-a istinadən xəbər verir ki, qurumda bildiriblər ki, 9 noyabr 2017-ci ildə çəkilən bu şəkillərdə Birləşmiş Ştatların terrorçularla əlbir olması açıq-aydın görünür.

Lakin məlum olub ki, şəkillərdən biri smartfonlar üçün “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyununun skrinşotu ilə eynidir. Digər fotolar isə İraq ordusunun 2016-cı ildə Əl-Fallucada keçirdiyi əməliyyat zamanı lentə alınıb.

Rusiya Müdafiə Nazirliyi sonradan rəsmi Facebook və Twitter səhifələrində fotoları və paylaşımı silib.

Qeyd olunur ki, kadrlar həmçinin “Rusiya-24” telekanalının efirində də yayımlanıb.